"Azərbaycan teatr mədəniyyət sahəsi daha canlıdır" - Nürəddin Mehdixanlı DANIŞDI

10 Mart 2025 13:51 (UTC+04:00)

"Ölkəmizdə teatrın yaranmasından 150 il ötür". Bunu SİA-ya açıqlamasında Azərbaycan Respublikasının xalq artisti Nürəddin Mehdixanlı deyib.

O, 10 mart Milli Teatr Günü münasibəti ilə fikirlərini bildirib.

Mehdixanlı vurğulayıb ki, 150-200 il bundan qabaq 1870-ci ilin mart ayının 10 da Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov Bakı realnı məktəbində “Sərgüzəşti-vəziri-xani-Lənkəran" tamaşasını hazırlayaraq, Azərbaycan milli teatrının əsasını qoydular: "Azərbaycanda ümumiyyətlə teatra maraq həmişə yüksək olub. Məsələn, ilk teatr binası Şamaxıda 1848-ci ildə tikilib. İnsanlıq yaranandan bu teatr var. Azərbaycan teatrı da xalq oyunlarından gəlib çıxaraq peşəkar şəkildə isə 1873-ci ildən fəaliyyət göstərməyə başlayıb. İlk ocaq məhz bugünkü Azərbaycan dövlət Akademik Milli Dram Teatrı adı altında fəaliyyət göstərən teatrdır. Ona görə də Akademik Milli Dram Teatrının 100 illik yubileyində Ulu Öndər Heydər Əliyev qeyd etmişdir ki, “Mən bu teatrı çox sevirəm. Çünki Azərbaycan teatr tarixi bu teatrla yaranıb və başlayıb. İndi isə Azərbaycanda 26 teatr, dövlət teatrı fəaliyyət göstərir. Kifayət qədər yaxşı tamaşalarımız var. Aktyorlarımız, rejissorularımız var. Şəxsən istərdim ki, bu günləri bir çox fürsətlərdən istifadə edərək ömrünü, həyatını bu sənətə sərf eləmiş bütün insanları - aktyorları, rejissorları və s. təbrik edim. Azərbaycan teatr mədəniyyətinin inkişaf yollarında uğurlar arzu edirəm. Azərbaycanda süni surətdə iki məsələ var ki, cəmiyyəti bir-birinə vururlar. Biri yaşlı və gənc nəsil məsələsidir. İkincisi isə qadın kişi bərabərsizlik məsələsidir. Hər ikisi süni gündəm yaratmaqdan ötəri, cəmiyyəti parçalamaqdan ötəri düşünülmüş bir məsələdir. Yaşlı, gənc yaradıcı yoxdur. İstedadlı və istedadsız yaradıcılıq var".

Onun sözlərinə görə, sənət adamlarına bu şəkildə yanaşmaq lazımdır: "70 yaşında istedadlı biri var amma 25 yaşında sıradan bir şəxs var kiminsə yerinə gəlir. Yaxud da əksinə hal baş verir. Ona görə də düşünürəm ki, həkimin və müəllimin yaşlısı olmur. Sənət, ədəbiyyat adamının, şairin, yazıçının, aktyorun yaşlısı olmur. Müdrikləri olur, istedadlısı olur. Bu gün Azərbaycanda qadınlar və kişilər arasında bir müharibə vəziyyətini yaradıblar. Lakin gündəm də bunlara ehtiyac yoxdur. Yəni Azərbaycan nə qədər mədəniyyət yoluna, elmə, təhsilə daha çox diqqət göstərəcəksə biz o qədər də sağlam cəmiyyət olacayıq. Mədəniyyətimiz, teatrımız, kinomuz inkişaf edəcək. Bir çox sahələrlə müqayisədə bu gün teatr sahəsində bir canlanma, hərəkətlik var. Yaxşı mənada rəqabət var. Ümumi nəticə etibarı ilə Azərbaycan milli teatr inkişafına xidmət edir. Müxtəlif fikirlərdən qorxmaq, çəkinmək lazım deyil. Yenilik dünəni inkar etməkdə deyil. Amma dünənə qapılıb qalmaqda deyil. Sənət bu günün zamının çağırışlarına uyğun şəkildə cavab verməlidir və inkişaf etməlidir. Və mən düşünürəm ki, bu günləri bir çox sahələrdən Azərbaycan teatr mədəniyyət sahəsi daha canlıdır. Burada daha çox uğurlu işlər var".