"5-ci dəfə Macarıstan kubokunun qalibi olub" - Millimizin voleybolçusu FİKİR BİLDİRDİ

10 Mart 2025 13:29 (UTC+04:00)

“Təbriklər üçün hər kəsə təşəkkür edirəm". Bunu SİA-ya açıqlamasında Azərbaycan millisinin voleybolçusu Ayşən Abduləzimova deyib.

O, “Vaşaş Obuda” klubunun heyətində Macarıstan Kubokunun qalibi olması münasibəti ilə danışıb.

Abduləzimova bildirib ki, 5-ci dəfə Macarıstan kubokunun qalibi olub: "Buna görə çox sevincliyəm. Final oyunu gərgin alındı, buna baxmayaraq, 3:1 qalib gəldik. Komandamızı təbrik edirəm. Ümumiyyətlə, mövsüm bizim üçün çox sıx qrafiklə davam edir. Kubok başa çatsa da Macarıstan liqasında və avrokubokda mübarizəmiz davam edir. Hazırda bütün fikirlərimiz avrokubokdadır. Bilirsiniz ki, sabah çox vacib oyunumuz olacaq. CEV kubokunun yarımfinalında cavab qarşılaşmasına çıxacağıq. Bütün oyunçular, məşqçilər heyəti, hamımız sabahkı oyuna köklənmişik”.

Qeyd edək ki, “Vaşaş Obuda” Macarıstan Kubokunun finalında KNRC-nə qalib gəlib.