Bu gün geomaqnit qasırğası ehtimalı var

10 Mart 2025 12:51 (UTC+04:00)

Bu gün geomaqnit qasırğası ehtimalı var. Bu barədə SİA-ya Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından xəbər verilib.

Bildirilib ki, gün ərzində geomaqnit sahəsinin intensivliyi G1-G2 səviyyəsinədək yüksələ bilər.

"Yüksək Sürətli Tac Dəliyi Axınlarınının aktiv kosmik hava şəraitinin 12 martadək davam edəcəyi gözlənilir", - məlumatda qeyd edilib.