Ötən ay 12 uşaq övladlığa verilib

10 Mart 2025 12:42 (UTC+04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən bu ilin fevral ayında 12 uşaq övladlığa verilib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, ümumilikdə ötən dövrdə övladlığa və himayədar ailəyə verilmiş uşaqların ailədəki vəziyyətinin öyrənilməsi məqsədilə son bir ayda 112 monitorinq keçirilib.

Ötən ay reinteqrasiya tədbirləri də davam etdirilib və 19 uşağın müəssisələrə düşməsinin qarşısı alınıb, 11 uşaq isə müəssisələrdən ailələrinə reinteqrasiya edilib.