Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti və keçirəcəyi oyunların təqvimi açıqlanıb. SİA AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, milli martın 11-dən 14-dək Bakıda təlim-məşq toplanışı keçirəcək.
Komanda martın 14-də, saat 13:00-da “Kapital Bank Arena”da “Sumqayıt”ın U-19 komandası ilə yoxlama oyununda üz-üzə gələcək.
Avropa çempionatı martın 15-dən 25-dək Albaniyada keçiriləcək. U-17 B Liqasının VI qrupunda meydan sahibləri və Uelsin müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşacaq.
S. |
Ad / Soyad |
Klub |
1 |
Rauf Əyyubov |
Sabah |
2 |
Elbrus Kərimov |
Marcet (İspaniya) |
3 |
Murad Qurbanov |
Zirə |
4 |
Həzrət Səmədov |
Sabah |
5 |
Səttar Tahirzadə |
Marcet (İspaniya) |
6 |
Tuncay Əhmədov |
Marcet (İspaniya) |
7 |
Amin Rzayev |
Qarabağ |
8 |
Fərid Cabbarlı |
Zirə |
9 |
Nadir Nəsibli |
Marcet (İspaniya) |
10 |
Muhamməd Çodarov |
Marcet (İspaniya) |
11 |
Tunar Muradov |
Turan Tovuz |
12 |
Əli Qazibəyov |
Qarabağ |
13 |
İbrahim Babayev |
Servette 1890 (İsveçrə) |
14 |
Vüsal Kərimov |
Neftçi |
15 |
Abdulaziz Cabbarlı |
Qarabağ |
16 |
Ariz Kərimov |
Qəbələ |
17 |
Tunar Rzayev |
Marcet (İspaniya) |
18 |
İslam Həsənov |
Graficar (Serbiya) |
19 |
Əhməd Vəliyev |
Qarabağ |
20 |
Əli İbrahim |
Qarabağ |
Yığmanın oyunlarının təqvimi:
19 mart
18:00. Azərbaycan – Albaniya
“Elbasan Arena”
22 mart
15:00. Uels – Azərbaycan
“Elbasan Arena”