Naxçıvanda ötən sutka ərzində 8 yanğın hadisəsi olub

10 Mart 2025 11:24 (UTC+04:00)

Naxçıvan Muxtar Respublikasında (MR) ötən sutka ərzində 8 yanğın hadisəsi qeydə alınıb. Muxtar respublikanın Fövqəladə Hallar Nazirliyindən (FHN) SİA-ya verilən məlumata görə, ötən sutka ərzində “112” qaynar telefon xəttinə daxil olan zənglər əsasında nazirliyin yanğından mühafizə bölmələri tərəfindən 8 yanğın hadisəsinə çıxış həyata keçirilib.

Belə ki, Ordubad rayon Dəstə, Aza, Şərur rayon Kərimbəyli, Zeyvə, Sərxanlı kəndlərində quru otlaq, Babək rayon Zeynəddin, Sədərək rayon Sədərək kəndlərində ot bağlamalarında, Şahbuz rayon Badamlı kəndində isə yardımçı tikilidə yanğın hadisələri baş verib.

Görülən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi təmin edilib.