Suraxanı rayonu Bülbülə qəsəbəsində bir həftədən çoxdur kanalizasiya suyu antisanitar vəziyyət yaradıb. Sakinlərin məlumatına görə, 955 qaynar xəttinə dəfələrlə zəng etsələr də aidiyyəti qurum məsələyə gec reaksiya verib. SİA mövzu ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə sorğu ünvanlayıb.
Qurumdan bildirilib ki, görüntülərdə rayon sukanal əməkdaşlarının əraziyə gəlib işə başlaması da əks olunub: "Yəni, artıq məsələ həll edilib. Tullantı su xəttindəki tutulma aradan qaldırılıb".
Ayşən Vəli