Ötən sutka 99 yanğına çıxış olub

10 Mart 2025 10:24 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka 4 nəfər xilas edilib. SİA xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir.

FHN-nin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 99 yanğına çıxış və 3 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 4 nəfər xilas edilib.