Serbiyanın Niş şəhərində qadın boksçular arasında dünya çempionatına start verilib. Bu barədə SİA-ya Azərbaycan Boks Federasiyasından məlumatr verilib.
Mundailın ilk günündə Azərbaycan millisinin bir idmançısı rinqə çıxıb.
50 kq-da mübarizə aparan Marjona Savriyeva debütdə Mihaela Badesku (Rumıniya) ilə döyüşüb. Rəqib ikinci raundda zədələndiyindən həkimlər görüşün davamına icazə verməyiblər. İlk raundu xeyrinə bitirən Savriyeva mərhələ adlayıb. O, 1/8 finalda ilk mərhələdən azad olan bolqarıstanlı Zlatislava Çukanova ilə üz-üzə gələcək. Döyüş martın 11-də baş tutacaq.
Qeyd edək ki, mundialın ikinci günündə millimizin 2 boksçusu gücünü yoxlayacaq.