Azərbaycan boksçusu Monteneqrodakı turnirin qalibi olub - FOTOLAR

10 Mart 2025 09:45 (UTC+04:00)

Azərbaycanın gənc boksçusu Zidan Hümbətov (54 kq) Monteneqronun Budva şəhərində keçirilən Dünya Kuboku statuslu “Adriatik incisi” beynəlxalq turnirinin qalibi olub. SİA-nın məlumatına görə, o, finalda Aldiyar Bahadurla (Qazaxıstan) döyüşüb.

4:1 (29:28, 29:28, 29:28, 29:28, 28:29) hesabı ilə qələbə qazanan boksçu “Adriatik incisi”nin qalibi olub.

Daha öncə Banuçiçək Nəsirli (48 kq), Özləm Həsənova (66 kq) və İlkanə Əhmədova (+81 kq) bürünc medala yiyələniblər.