Gəncə şəhərində terminal oğurlamaqda şübhəli bilinən şəxs tutulub. SİA-nın məlumatına görə, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində şəhər ərazisindəki mağazalardan birindən “E-manat” ödəmə terminalını oğurlamaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 30 yaşlı E. Rəsulov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.