Kanada Castin Trüdonu əvəzləyəcək yeni baş nazirini seçib. SİA-nın məlumatına görə, Kanadanın Liberal Partiyası lider postuna dörd namizəd arasında səsvermə keçirib. Mark Karninin səsvermənin qalibi olub.
Karni dərhal Liberal Partiya lideri vəzifəsini tutsa da, Trüdo hələ açıqlanmayan qısa keçid dövrü müddətində Kanadanın baş naziri olaraq davam edəcək.
Çıxışı zamanı Karni ABŞ Prezidenti Donald Trampın Kanadaya tətbiq etdiyi tariflərə toxunaraq, mövcud hadisələri ölkə həyatının ən böyük böhranı adlandırıb.
Karninin bu həftə and içəcəyi gözlənilir.
Yeni seçilmiş Liberal Partiya liderinin artıq aprelin sonunda seçkiləri elan edəcəyi proqnozlaşdırılır.