Mask Ukraynanı “Starlink” peykindən ayırmaq fikrində olmadığını bildirib

10 Mart 2025 06:16 (UTC+04:00)

“SpaceX” şirkətinin sahibi İlon Mask Ukraynanı “Starlink” peyk rabitə sistemindən ayırmaq fikrində olmadığını bildirib. SİA xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında yazıb. "Mən çox aydın olmaq istərdim: Ukraynanın siyasəti ilə nə qədər razılaşmasam da, “Starlink” heç vaxt terminallarını söndürməyəcək. Sadəcə demək istəyirəm ki, “Starlink” olmadan Ukraynanın cəbhə xətləri dağılar. Biz bu vəziyyətdən sövdələşmə predmeti kimi istifadə etmərik", - deyə Mask qeyd edib.