Ukraynanı “Starlink” peyk rabitə sistemindən ayırmaq fikrində deyiləm. SİA xəbər verir ki, bunu “SpeysX”in sahibi İlon Mask deyib. "Aydınlaşdırmaq istərdim: Ukraynanın siyasəti ilə nə qədər razılaşmasam da, "Starlink" heç vaxt terminallarını söndürməyəcək. Demək istədiyim odur ki, "Starlink" olmadan Ukrayna cəbhə xətləri dağılacaq, çünki Rusiya bütün digər kommunikasiyaları bağlaya bilər. Biz bu vəziyyətdən sövdələşmə predmeti kimi istifadə etməzdik", - o qeyd edib.
Qeyd edək ki, Mask bundan əvvəl "Starlink"in söndürüləcəyi halda Ukraynanın cəbhə xəttinin dağılacağını bildirmiş, bu isə xəbərdarlıq kimi qəbul olunmuşdu.