Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Şahbuz rayon Badamlı kəndində vətəndaşa məxsus yardımçı tikilidə yanğın hadisəsinin baş verməsi barədə məlumat daxil olub.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal Şahbuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunublar.
Yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının genişlənməsinə imkan verilmədən söndürülüb.
Yanğın hadisəsi nəticəsində 1650 kiloqram ot tayası, tayanın üzərinə qurulan çardağın 60 kvadratmetr hissəsi yanıb, 600 kiloqram ot bağlaması, çardağın 20 kvadratmetr hissəsi və 80 kvadratmetr sahəsi olan yardımçı tikili yanğından mühafizə olunub.