Yadplanetlilər mövcuddur..!

10 Mart 2025 00:56 (UTC+04:00)

...Planetdə ağıllı həyatın yaranması üçün müəyyənedici amil əlverişli ekoloji şəraitdir.

SİA-nın məlumatına görə, bu nəzəriyyə Münhen Universitetinin alimləri tərəfindən irəli sürülüb, onların araşdırmaları “Science Advances” jurnalında dərc olunub.

İndiyədək belə hesab edilirdi ki, Yer kürəsində ağıllı həyatın yaranması bir sıra təsadüfi hadisələr nəticəsində baş verir. Ancaq yeni bir araşdırma fərqli bir perspektiv təklif edir. Burada bildirilir ki, zəkalı həyatın yaranması müəyyən “mühit şəraitinin onun inkişafı üçün əlverişli olduğu zaman pəncərələrinin” nəticəsidir.

Alimlərin fikrincə, təkamülün əsas mərhələləri məhz planetin şəraiti buna imkan verdiyi zaman baş verib.

Beləliklə, insanlar Yer üzündə bunun üçün əlverişli mühit yarananda peyda oldular.

Bu nəzəriyyə təsdiqlənərsə, ağıllı sivilizasiyaların doğulması əvvəllər düşünüldüyü qədər nadir olmayacaq.

Yəni, fərz etsək ki, ağıllı həyatın yaranması yalnız ətraf mühit şəraiti ilə bağlıdır, o zaman Kainatın bizimkinə bənzər digər hissələrində artıq mövcuddur.

Yeni nəzəriyyə həm də ağıllı növlərin təkamülünü proqnozlaşdırıla bilən və idarə oluna bilən hala gətirəcək.

Nazlı Almuradova