Suriyada gərginlik yaşanıb

9 Mart 2025 14:40 (UTC+04:00)

Suriyanın Latakiya əyalətində hökumət qüvvələri ilə keçmiş prezident Bəşər Əsədin silahlı tərəfdarları arasında toqquşmalar yenidən başlayıb. SİA xəbər verir ki, bu barədə “Əl İxbariyyə” nəşri məlumat yayıb. Məlumata görə, Suriya İctimai Təhlükəsizlik Departamenti bölgədə təhlükəsizliyi qorumaq, sabitliyi artırmaq və sakitliyi bərpa etmək məqsədilə Əl-Kadmus şəhəri ərazisinə əlavə qüvvələr göndərib.