Akrobatika gimnastikası üzrə Azərbaycan millisi Belçikada medal qazanıb

9 Mart 2025 14:26 (UTC+04:00)

Akrobatika gimnastikası üzrə Azərbaycan millisi Belçikanın Antverpen şəhərində keçirilən “Flanders Acro Cup” beynəlxalq yarışında bürünc medal qazanıb. Bu barədə SİA-ya Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Ceyla Əlizadə, Qəşəng Ağamoğlanlı və Dinara İbadovadan ibarət üçlük qrup yarışda üçün yeri tutub.