Martın 10-da magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

9 Mart 2025 13:35 (UTC+04:00)

Martın 10-da ölkə ərazisində dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 200-700 metrədək məhdudlaşacağı ehtimalı var. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.