Gəncədə yeni doğulmuş körpə ölüb

9 Mart 2025 11:08 (UTC+04:00)

Gəncədə yeni doğulmuş körpə ölüb. SİA-nın Qərb bürosunun məlumatına görə, hadisə Gəncə şəhər Perinatal Mərkəzdə qeydə alınıb.

Yeni doğulmuş oğlan uşağının ölümü qeydə alınıb. Məlumata görə, ananın vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.