Azərbaycanın iki taekvondoçusu Niderlandda medal qazanıb

9 Mart 2025 10:55 (UTC+04:00)

Azərbaycanın iki taekvondoçusu Eyndhoven şəhərində keçirilən 52-ci açıq Niderland çempionatında medal qazanıb. SİA-nın məlumatına görə, yarışın ilk günündə böyüklərdən ibarət millinin üzvləri Bəhruz Quluzadə (54 kq) və Eltac Qafarov (87 kq) fərqləniblər.

Onların hər ikisi bürünc mükafat əldə edib.