Azərbaycanın MMA döyüşçüsü Rafael Fiziyev Castin Qeydjiyə məğlub olub

9 Mart 2025 09:19 (UTC+04:00)

Azərbaycanın MMA döyüşçüsü Rafael Fiziyev Mütləq Döyüş Çempionatında (UFC) növbəti oyununu keçirib. SİA-nın məlumatına görə, 32 yaşlı idmançı UFC 313 turnirində ABŞ təmsilçisi Castin Qeydji ilə üz-üzə gəlib.

Üç raundun yekununa əsasən R.Fiziyev rəqibinə uduzub.

Qeyd edək ki, 2023-cü ilin martında UFC 286 turnirində də R.Fiziyev C.Qeydjiyə məğlub olmuşdu.