"Dağıstan və Çeçenistanda "Telegram" messencerinin bloklanması məcburi tədbirdir". SİA xəbər verir ki, bunu Dağıstanın rəqəmsal inkişaf naziri Yuri Qamzatov RBC-ya bildirib. Qeyd olunub ki, messencerin bloklanması təcrübə deyil - hazırda söhbət informasiya təhlükəsizliyindən gedir. Respublikalarda resursun bloklanması haqqında qərar federal səviyyədə hüquq-mühafizə orqanlarının təqdimatı əsasında qəbul edilib. Bu addım, 2023-cü il oktyabrın 29-da Mahaçqala hava limanında baş vermiş iğtişaşlardan sonra atılıb. Həmin vaxt xidmətdən iğtişaşların iştirakçılarının istifadə etdiyi iddia edilir. Nazir etiraf edib ki, gələcəkdə "Telegram"ın bloku açıla bilər.