Rus ordusu Drujkovka, Sum və Zaporojyeyə zərbələr endirdi

9 Mart 2025 04:39 (UTC+04:00)

Rusiya ordusu Donetsk vilayətində Drujkovka yaşayış məntəqəsinə zərbələr endirib. SİA xəbər verir ki, bu barədə Donetsk vilayət hərbi administrasiyasının rəhbəri Vadim Filaşkin məlumat yayıb. Onun sözlərinə görə, yaşayış məntəqəsi martın 8-i axşam saatlarında atəşə tutulub, nəticədə yeddi nəfər yaralanıb: "İlkin məlumata görə, 7 çoxmərtəbəli binaya ziyan dəyib. Atışmanın yekun nəticələrini müəyyənləşdiririk". Bundan əlavə, ruslar Zaporojye və Sumu da atəşə tutublar.