"Milan" baş məşqçisi ilə yolları ayıra bilər

8 Mart 2025 13:55 (UTC+04:00)

İtaliyanın "Milan" klubu baş məşqçi Serxio Konseysao ilə yolları ayıra bilər. SİA xəbər verir ki, bu barədə insayder Nikolo Skira sosial şəbəkələrdə məlumat yayıb.

Klub rəhbərliyi A Seriyasında “Leççe” və Komo” ilə matçlarda uğursuzluq yaşayacağı təqdirdə 50 yaşlı mütəxəssisi istefaya göndərəcək.

Qeyd edək ki, S.Konseysao 2024-cü ilin dekabrından Milan təmsilçisini çalışdırır.