2030-cu ildə iki dəfə oruc tutacıq

8 Mart 2025 12:37 (UTC+04:00)

Ramazan ayı hər il 10-12 gün tez başladığından, 2030-cu ildə iki dəfə oruc tutacıq. SİA Haber Global-a istinadən xəbər verir ki, Hicri təqvimi Qriqori təqvimi ilə müqayisədə təxminən 10-12 gün qısa olduğundan Ramazan ayı hər il biraz əvvəl başlayır.
Bu dövr təqribən hər 33 ildən bir başa çatır və Ramazan ayı eyni tarixə qayıdır. Buna görə də bəzi xüsusi illərdə diqqətəlayiq vəziyyətlər yaranır.

2030-cu il xüsusi hadisələrdən biri kimi tarixə düşəcək. Ramazan yanvar ayından başlayacaq və bir ay davam edəcək. Amma ilin sonunda, yəni dekabr ayında Ramazan yenidən başlayacaq. Beləliklə, müsəlmanlar Ramazan ayında 2030-cu ildə iki dəfə oruc tutacaqlar.
Qeyd edək ki, 2031-ci ildə Ramazan ayı şimal yarımkürəsində qış ayları ilə üst-üstə düşəcək. Bu müddət ərazində, yəni günlər ən qısa olduğu halda, orucluq müddəti də ən aşağı səviyyəyə endiriləcəkdir.