Kassa aparatını ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb

8 Mart 2025 12:42 (UTC+04:00)

Bakının Nizami rayonunda satıcını bıçaqla hədələyib kassa aparatını ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb. SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, martın 6-da axşam radələrində paytaxtın Nizami rayonunda yerləşən şərab evlərinin birində quldurluq hadisəsi qeydə alınıb. Belə ki, naməlum şəxsin həmin yerdə çalışan 21 yaşlı satıcını kəsici-deşici alətlə hədələyərək içərisində 1000 manat pul olan kassa aparatını talaması barədə polisə məlumat daxil olub.

Nizami Rayon Polis İdarəsi 25-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən 29 yaşlı Xəyal Yusifov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.