Yevlaxda üzərinə hasar uçan 20 yaşlı qadın ölüb

8 Mart 2025 11:29 (UTC+04:00)

Yevlaxda üzərinə daş hasar uçan 20 yaşlı qadın ölüb. SİA-nın əldə etdiyi məlumata görə, hadisə şəhərin “İnternat məktəbi” adlanan ərazisində qeydə alınıb.

Hadisə nəticəsində 2005-ci il təvəllüdlü Hüseynova Nərmin Rafiq qızı aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı Yevlax rayon prokurorluğunda araşdırma aparılır.