Bərdədə çərşənbə tonqalında yanan azyaşlı xəstəxanada ölüb

8 Mart 2025 11:28 (UTC+04:00)

Bərdədə yanıq xəsarətləri alan azyaşlı xəstəxanada ölüb. SİA xəbər verir ki, hadisə rayonun Alaçadırlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, çərşənbə tonqalına yıxılaraq yanıq xəsarətləri aldığı deyilən 2019-cu il təvəllüdlü Nicat Qurbanzadə Bakıda yerləşdirildiyi xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.