Ermənistan Azərbaycanda hərbi cinayətlərdə təqsirləndirilənlərin məhkəmə prosesi əleyhinə təbliğat aparır - HİKMƏT HACIYEV

8 Mart 2025 09:27 (UTC+04:00)

Ermənistan Azərbaycanda hərbi cinayətlərdə təqsirləndirilən şəxslərin məhkəmə prosesi əleyhinə təbliğat aparır. SİA-nın məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.