Mingəçevirdə avtomobilin vurduğu piyada dünyasını dəyişib

7 Mart 2025 23:10 (UTC+04:00)

Mingəçevir şəhərində ağır yol qəzası baş verib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, “Nissan” markalı avtomobil piyada, 1959-cu il təvəllüdlü İlham Adil oğlu Əliyevi vurub. Zərərçəkən Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına aparılsa da, həkimlər onun öldüyünü təsbit ediblər. Faktla bağlı araşdırma aparılır.