Rusiyanın başqa bir "öz" avtomobil markası var…

7 Mart 2025 22:36 (UTC+04:00)

Kaluqadakı “PSMA Rus” zavodu öz brendi Rosva Motors altında avtomobillər istehsal etməyə başlayıb.

İddia olunur ki, indiyədək bu brend altında yalnız bir model istehsal edilib və o da dövlət sifarişləri üçün nəzərdə tutulub. Avtomobilin ön hissəsinin bir parçasını göstərən yeganə geniş yayılmış fotoşəkilə əsasən, Rosva nişanı “PSMA Rus”-da idxal olunan Çin avtomobil dəstlərindən yığılan Citroen C5 Aircross-a verilib.

SİA-nın məlumatına görə, “PSMA Rus” zavodunun operatoru hazırda “Avtomobilnıye Texnologiya” şirkətidir.

Rosva brendinin qeydiyyatı haqqında məlumat ilk dəfə 2024-cü ildə ortaya çıxıb.

Nazlı Almuradova