Martın 10-da qatarlar iş günü qrafiki ilə hərəkət edəcək

7 Mart 2025 15:09 (UTC+04:00)

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) qatarları martın 10-da iş günü qrafiki ilə hərəkət edəcək. Bu barədə SİA ADY-yə istinadən xəbər verir.

Məlumata görə, Nazirlər Kabinetinin qərarı ilə 10 mart iş-günü elan edildiyindən, həmin tarixdə Abşeron dairəvi marşrutu üzrə qatarlar iş günü qrafiki ilə hərəkət edəcək.