Növbəti plenar iclas martın 14-də keçiriləcək - Baş nazir hesabat verəcək

7 Mart 2025 13:36 (UTC+04:00)

"Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası martın 14-də keçiriləcək". SİA xəbər verir ki, bu barədə parlamentin sədri Sahibə Qafarova bugünkü plenar iclasın yekununda məlumat verib.

O qeyd edib ki, həmin gün Baş nazir Əli Əsədov hökumətin ötənilki fəaliyyəti barədə hesabat verəcək.