2025-ci ilin ən yaxşı qadın avtomobili müəyyənləşib

8 Mart 2025 00:56 (UTC+04:00)

…Hər il keçirilən “Women's World Car Of The Year”

(Qadınlar arasında ilin avtomobili) müsabiqənin qalibi müəyyənləşib.

SİA-nın məlumatına görə, bu Hyundai Santa Fe ailə krossoveridir.

Bu barədə kampaniyanın İnstaqram səhifəsində məlumat verilib.

Deməli, qalib 81 yarışan model arasından seçilib. Mükafat ənənəvi olaraq 8 Mart Beynəlxalq Qadın Hüquqları Günündə təqdim olunacaq.

Yeni Hyundai Santa Fe də qadınlar üçün ən yaxşı iri krossover seçilib.

Artıq bir sıra mükafat nominasiyaları üzrə qaliblər elan olunub:

-ən yaxşı şəhər avtomobili - Mini Cooper;

-ən yaxşı iri avtomobil - Audi A6 e-tron;

-ən yaxşı idman avtomobili - Porsche Panamera;

-ən yaxşı kompakt krossover - Kia EV3;

-ən yaxşı SUV/Pikap - Toyota Land Cruiser Prado.

Xatırladaq ki, Qadın Dünyasında İlin Avtomobili müsabiqəsi 2010-cu ildən keçirilir. İlin ən yaxşı qadın avtomobilləri 55 ölkəni təmsil edən 82 avtomobil jurnalistindən ibarət münsiflər heyəti tərəfindən seçilir.

Ötən il qalib Kia EV9 elektrik krossoveri olub.

Nazlı Almuradova