TƏBİB-ə məxsus şirkət auditor seçib

7 Mart 2025 13:01 (UTC+04:00)

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) məxsus “Azərtibbtəchizat” MMC 2024-cü il üzrə maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub. SİA dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, sorğunun qalibi "Abacus Audit And Consulting" MMC-dir.

Qalib şirkətə 3 370 manat ödəniləcək.