"Lənkəran" heyətini amerikalı basketbolçu ilə gücləndirib

7 Mart 2025 10:51 (UTC+04:00)

"Lənkəran" heyətini amerikalı basketbolçu Terri Kollinslə gücləndirib. Klubdan SİA-ya verilən məlumata görə, 191 sm boya malik legioner müdafiəçidir.

26 yaşlı oyunçunun son klubu Gürcüstan Superliqasında çıxış edən "Gurjaani Delta" olub.

Qeyd edək ki, bundan əvvəl Maykl Rocers və Andre Balla yollarını ayıran cənub təmsilçisi Vladislav Frolovu heyətinə qatıb.