Saat 9:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti yağmursuz keçib. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Martın 6-da bəzi yerlərdə qərb küləyi əsib, narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti Goranboyda 23 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Mingəçevirdə 20 m/s, Qobustan, Naftalan və Gəncədə 18 m/s, Göyçayda 17 m/s, Şəkidə 15 m/s-yə çatıb.