Taekvondoçularımız 2 beynəlxalq yarışda – 22 idmançı ilə

7 Mart 2025 10:18 (UTC+04:00)

Martın 8-də Eyndhoven şəhərində taekvondo üzrə açıq Niderland çempionatı start götürəcək. SİA xəbər verir ki, 2 gün davam edəcək yarışda Azərbaycan millisi də qüvvəsini sınayacaq.

Millimiz turnirdə 22 idmançı təmsil olunacaq.

Ardınca yığmamız martın 15-də Lommel şəhərində açıq Belçika çempionatına qatılacaq.