Ziya Bünyadov prospektində yol qəzası olub

7 Mart 2025 10:15 (UTC+04:00)

Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə SİA-ya DİN Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, qəza səbəbindən metronun “Koroğlu” stansiyası istiqamətində sıxlıq yaranıb. Sıxlığın aradan qaldırılması üçün tədbirlər görülür.