"Mənim uğurum komandamın əməyidir" - MÜSAHİBƏ

7 Mart 2025 10:14 (UTC+04:00)

Azərbaycan Şahdağ Xizək Məktəbinin direktoru Mariya Şerstyukun SİA-ya müsahibəsini təqdim edirik:

- Qusarda yerləşən Şahdağ Turizm Mərkəzində Avrasiya Dağ Kurortları Alyansının təlimatçıları arasında dağ xizək idmanı üzrə yarışlar keçirilib. Yarış barədə nə deyə bilərsiniz?

- Təlimatçılar arasında bu səviyyəli yarış Azərbaycanda ilk dəfə olaraq keçirilib. Müsabiqə kifayət qədər güclü idi. Çünki bir çox təlimatçılar dağ xizək idmanının ustasdır. Xizək sürmə qabiliyyəti çox yüksəkdir. Şahdağ komandası çox yüksək və layiqli nəticələr göstərdi - bu bizim qürurumuzdur. Azərbaycan və Şahdağ bayrağı həmişə qələbələr kürsüsündə olsun. Mən bütün dəstəyə və təşkilatçılığa görə Şahdağ Kompleksinin sədri Rüstəm Nəcəfova təşəkkürümü bildirirəm.

- Siz bu yarışda gümüş medal qazandınız. Uğurunuzu necə şərh edərdiniz?

- Gümüş medal qazandım. Azərbaycanı və Kompleksimizi təmsil etdiyim üçün böyük şərəf və qürur hissi keçirdim. Mən Xizək Müəllimlər Məktəbinin direktoruyam və bu yarışlarda yaşayıb iştirak etməyi özümə borc və nümunə hesab edirəm. Mənim uğurum komandamın əməyidir.

- Yarış zamanı hansı çətinliklərlə üzləşdiniz?

- Bu yarışlarda trasın uzunluğu 1150 metr, 42 qapısı var idi ki, bu da FIS Dünya Çempionatının standartlarına uyğundur. Bu, çox yüksək səviyyədir. Mən çox şadam ki, biz buna nail olduq və onu ləyaqətlə həyata keçirdik. Bu, bizə böyük motivasiya verən bir təcrübə idi. Mən həm də, bütün yarışların əsas təşkilatçısı olmuşam. Bütün komandalara iştiraklarına, ümumi komanda ruhuna və dəstəyə görə təşəkkür etmək istəyirəm. Biz böyük bir idman ailəsi kimi iştirak edirdik. Yarış zamanıda hər bir komandanı və hər kəsi dəstəkləyirdik.

- Başqa ölkələrin idmançıları ilə yarışdınız. Hansı ölkədən olan rəqibləri güclü hesab edirsiniz?

- Yarışda 6 komanda iştirak edirdi və hər komandanın çox güclü təlimatçıları var idi. Roza Xutor komandası Rusiyanın bu idman növündə olan idman ustalarıdır. Onlar ən böyük yarışı, eləcə də kişilər arasında hər qrupda 16-27 nəfər olan “Şimbulak” komandası olub. Mən çox minnətdaram və şadam ki, komandamız buna baxmayaraq, bu festivalda mükafatlı yerləri tutub və qaliblərdən biri olub.

- Sizcə, belə yarışlar mütəmadi olaraq keçirilməlidir?

- Mümkün qədər çox belə yarışlar və tədbirlər keçirməyə borcluyuq. Bu, dağ-xizək idmanı mədəniyyətinin böyük inkişafına, ölkələr və komandalar arasında dostluq, möhkəm münasibətlərin yaradılmasına töhfə verir. Hər kəsi uğura, qələbəyə həvəsləndirir.