Xəzərdə zəlzələ olub

7 Mart 2025 09:20 (UTC+04:00)

Şirvan stansiyasından 63 km cənub-şərqdə Xəzər dənizində zəlzələ qeydə alınıb. SİA xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Qeyd edilib ki maqnitudası 4 bal olan zəlzələ yerli vaxtla saat 08:21-də qeydə alınıb.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, zəlzələ ocağının dərinliyi 44 km olub.