Martın 7-də kriptovalyuta birjalarında "Bitcoin"in qiyməti yenidən 90 min dollardan aşağı enib. SİA xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası Bakı vaxtı ilə saat 9:25-də “CoinMarketCap” platformasında 4.44% ucuzlaşaraq 88 217 ABŞ dolları təşkil edib.
Son bir gündə "Ethereum"un qiymətində azalma müşahidə edilib. Sözügedən kriptovalyutanın dəyəri 6.04% azalaraq 2 171 ABŞ dollarına bərabər olub. İlk beşlikdə olan XRP son sutkada 1.46%, BNB isə 1.43% ucuzlaşıb.
Qeyd edək ki, "Bitkoin"in ən yüksək qiyməti ötən il dekabrın 16-da qeydə alınıb və qiyməti 108 min dolları ötüb.