XVII tura bir oyunla start veriləcək

7 Mart 2025 09:25 (UTC+04:00)

Azərbaycan Basketbol Liqasında XVII tura bu gün bir oyunla start veriləcək. SİA-nın məlumatına görə, A qrupunda NTD "Naxçıvan"la üz-üzə gələcək.

"Sərhədçi" İdman Mərkəzində baş tutacaq görüşün start fiti saat 19:00-da səsləndiriləcək.

Hazırda "Naxçıvan" qrupda 27 xalla ikincidir. Sonuncu - altıncı pillədə qərarlaşan NTD-nin isə 21 xalı var.

Qeyd edək ki, turun digər görüşləri martın 8-də və 9-da keçiriləcək.