Bakıda şərab evinə bıçaqla hücum edilib

7 Mart 2025 09:20 (UTC+04:00)

Bakıda şərab evinə bıçaqla hücum edilib. SİA xəbər verir ki, naməlum şəxs Nizami rayonu, Çobanzadə küçəsi 23-də yerləşən şərab məhsulları satılan mağazaya bıçaqla hücum edərək kassada olan Xudaverdi Məmmədzadəni hədələyib. Bıçaqlı şəxs kassadan 1000 manat pulu götürərək oradan uzaqlaşıb.

Faktla bağlı cinayət işi başlanılıb.