Abşeronda eyvanda paltarını təmizləyən 69 yaşlı kişi yıxılaraq ölüb

7 Mart 2025 09:04 (UTC+04:00)

Abşeronda 69 yaşlı kişi eyvandan yıxılaraq ölüb. SİA xəbər verir ki, 1956-cı il təvəllüdlü Elxan Adıgözəlov yaşadığı evin 4-cü mərtəbəsindəki eyvanda paltarını təmizləyərkən yıxılaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.