İtaliyada çökən binanın dağıntıları altında qalan yaşlı qadın 24 saat sonra xilas edilib

7 Mart 2025 06:05 (UTC+04:00)

İtaliyanın cənubundakı Bari şəhərində çökən binanın dağıntıları altında qalan yaşlı qadın 24 saatdan sonra xilas olunub. SİA xəbər verir ki, fasiləsiz davam edən axtarış-xilasetmə işlərindən sonra 74 yaşlı qadın dağıntılar altından sağ çıxarılıb və xəstəxanaya çatdırılıb.

Xatırladaq ki, istifadəyə yararsız elan olunan və sakinlərinin təxliyəsinin davam etdiyi bina martın 5-də çöküb. Faktla bağlı istintaq başladıb.