NATO-nun Baş katibi Mark Rutte Avropa ölkələrini ABŞ-nin NATO-dan çıxmayacağına əmin edib. SİA xəbər verir ki, o, bu barədə “X”də yazıb. “Transatlantik tərəfdaşlıq alyansın əsası olaraq qalır. Birləşmiş Ştatlar NATO-ya sadiqliyini açıq şəkildə təsdiqləyib”, - Rutte yazıb.
Qeyd edək ki, martın 2-də amerikalı sahibkar və ABŞ-nin Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask “X” sosial şəbəkəsində ABŞ-nin NATO və BMT-dən çıxmasının vaxtının çatması fikri ilə razılaşdığını bildirib.