SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Times qəzetinin yazdığına görə, Britaniya Ukraynada sülhə zəmanət verəcək koalisiya yaratmaq üçün təxminən 20 ölkə ilə danışıqlar aparır.
Nəşr Britaniya rəsmisinin sözlərinə istinad edir.
Məlumata görə, əsas danışıqlar dairəsinə qeyri-rəsmi olaraq “istəklilərin koalisiyası” adlandırılan koalisiyaya qoşulmaqda maraqlı olduqlarını bildirən Avropa və Birlik ölkələri daxildir.
Mənbə müzakirələrin hazırkı mərhələsinin məxfiliyini əsas gətirərək, hansı dövlətlərin təşəbbüsə maraq göstərdiyini dəqiqləşdirməyib.
Qurum rəsmisi layihənin icrasının ilkin mərhələsində olduğunu və vəziyyətin sürətlə dəyişə biləcəyini vurğulayıb: “Hələ ilkin mərhələdədir, vəziyyət çox axıcıdır”.
Əli Babayev