“Zirə”nin məşqçilər korpusuna yeni təyinat olub

6 Mart 2025 18:38 (UTC+04:00)

“Zirə” məşqçi Ağabala Ramazanovla müqavilə imzalayıb.

SİA xəbər verir ki, klubdan verilən məlumata görə, bundan sonra mütəxəssis əsas komandanın məşqçilər korpusunda yer alacaq.

Qeyd edək ki, UEFA B kateqoriyalı məşqçi bunadək “Zirə”nin akademiyasında çalışıb. O, həmçinin 2020-2022-ci illər aralığında Bakı klubunda futbolçu kimi çıxış edib və komandanın kapitanı olub.